“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb – FOTO

16:15 - 01 / 10 / 2019
“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb – FOTO

30 sentyabr tarixində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına dair görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov iştirak ediblər.

Tərəflər arasında imzalanan memorandum ADAU-nun tələbələrinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçməsini, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılmasını, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində əməkdaşlığı əhatə edir. Tərəflər arasında birgə əməkdaşlıq çərçivəsində mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrinin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislər hazırlanacaq, birgə simpozium və konfranslar təşkil olunacaq, qabaqcıl üsul və texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi aparılacaq, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən masterklasslar təşkil olunacaq.

Qeyd edək ki, “AzerGold” QSC artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “ADA” Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ilə geniş və çoxşaxəli əməkdaşlıq qurub. Bu əməkdaşlıq çərçivəsində Çovdar filiz emalı sahəsinə tanıtım səfərləri, təcrübə proqramları, master-klasslar, təcrübə mübadiləsi təşkil olunur. Bu günədək universitetlərlə qurulan əməkdaşlıq çərçivəsində  100-dən çox tələbə dağ-mədən mühəndisliyi, geoloji kəşfiyyat, iqtisadiyyat, ictimaiyyətlə əlaqələr, mühəndis sistemləri və qurğularının tikintisi, insan resurslarının və biznesin idarəolunması sahələrində “AzerGold” QSC-də təcrübə keçərək praktiki biliklər əldə ediblər.

Reklam hüququnda

 

 

Paylaş:
930

Son xəbərlər

AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56
Bütün xəbərlər