SOCAR: Güclü küləklə əlaqədar 150 neftçi dənizdən təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR: Güclü küləklə əlaqədar 150 neftçi dənizdən təxliyə edilib

12:58 - 07 / 10 / 2019
SOCAR: Güclü küləklə əlaqədar 150 neftçi dənizdən təxliyə edilib

Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

SOCAR-dan 1news.az-a verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Artıq 150 dənizdə işləyən neftçi evakuasiya edilib. Zəruri sahələrdə növbətçilik təşkil olunub.

S.Xankişiyeva

Paylaş:
472

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər