Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır – FOTO

15:30 - 08 / 10 / 2019
Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır – FOTO

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell abunəçilərini müasir dövrün trendlərinə uyğun xidmətlərlə sevindirir.

Texnoloji yeniliklərin tətbiqi vasitəsilə abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən Azercell ilə film seyr etmək artıq çox asandır.  Belə ki,  Azercell-in təklif etdiyi “İVİ” xidməti istənilən zövqə uyğun 100 000-dək filmi məkandan asılı olmayaraq, yüksək keyfiyyətdə izləmək imkanı verir.

“İVİ” xidmətindən günlük istifadə haqqı 0.40 AZN, aylıq abunəlik isə 5.99 AZN təşkil edir. Günlük abunəlik üçün GUN, aylıq abunəlik üçün AY açar sözünü 3333 qısa nömrəsinə göndərmək kifayətdir. “İVİ” –yə ilk dəfə qoşularkən, günlük abunəliyi seçən istifadəçilər 7 gün, aylıq abunəliyi seçən istifadəçilər isə 14 gün müddətində xidmətdən ödənişsiz istifadə edə biləcəklər. iOS və Android əməliyyat sistemlərini dəstəkləyən “İVİ” tətbiqini Applestore və ya Google Play vasitəsilə yükləmək mümkündür. Məlumat üçün bildirək ki, müxtəlif janrlarda filmləri özündə cəmləyən bu xidmət eyni zamanda 5 müxtəlif cihazda, ən əsası isə, reklam olmadan filmləri seyr etmək imkanı verir.

Tətbiqi yüklə və ödənişsiz istifadə imkanından faydalanmağa tələs!

Azercell ilə rəqəmsal dünyanın ən son trendləri artıq daha əlçatandır!

Xidmət barədə ətraflı məlumat https://www.azercell.com/az/personal/services/partner_services/ivi/ səhifəsində qeyd edilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

 

Paylaş:
618

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər