Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib – FOTO – VİDEO

15:55 - 10 / 10 / 2019
Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib – FOTO – VİDEO

10 oktyabr tarixində “Azərbaycan Hava Yolları”nın struktur bölməsi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə “Sheraton Baku Airport Hotel”də ilk beynəlxalq “Digital Transformation Day” konfransı keçirilmişdir.

Konfransın əsas mövzusu “Azəraeronaviqasiyada rəqəmsal transformasiya və kibertəhlükəsizlik” olmuşdur. Xarici tərəfdaşların da dəstəyi ilə keçirilən tədbirdə ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, Böyük Britaniya, Çin və digər ölkələrin aparıcı provayderlərinin nümayəndələri iştirak etmişdirlər.

Konfransda "AZANS"-ın direktoru Fərhan Quliyev salamlama nitqi ilə çıxış edərək bildirmişdir ki, hava nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını və kibertəhlükələrdən qorunmanı tələb edir.

“Aeronaviqasiya provayderi olaraq, AZANS ən qabaqcıl texnologiyaların tətbiqi sayəsində hava nəqliyyatının iqtisadi səmərəli, təhlükəsiz, etibarlı, çevik və dayanıqlı idarə edilməsini təmin edir. Bu il AZANS Qəbələnin hava limanında hava hərəkətinin idarəedilməsi üçün rəqəmsal qüllənin istifadəsinin birinci mərhələsini uğurla başa vurdu. Yeni həll “Enhanced Airport Vision Display” platformasına əsaslanır ”, – AZANS-ın direktoru Fərhan Quliyev qeyd etmişdir.

Hal-hazırda AZANS Azərbaycanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) idarəedilməsi texnologiyasının tətbiqi üzərində iş aparır. Pilotsuz hava hərəkətinin idarəsi də həmçinin qabaqcıl rəqəmsal texnologiyalardan istifadə nəticəsində tətbiq olunacaq, lakin ənənəvi uçuşların təhlükəsizliyi prioritet məsələ olaraq qalacaq.

 “AZANS qabaqcıl rəqəmsal texnologiyalardan, o cümlədən süni intellektdən və pilotsuz uçuş aparatlarının idarə olunması (PUA) və ya pilotsuz nəqliyyat vasitələrinin hərəkətinə nəzarət kimi tanınan sənayenin texnologiyalarından istifadə edərək, hava məkanında PUA-ların təhlükəsiz şəkildə tətbiq edilməsinin həlli yollarını axtarır. Eyni zamanda, bu cür yeniliklərin tətbiq olunmasının ənənəvi uçuşların təhlükəsizliyinə maneə törətməməsi prioritet məsələdir", – Fərhan Quliyev əlavə etmişdir.

Bakıda keçirilən konfransın nəticəsində dünya mülki aviasiya tarixində ilk dəfə beynəlxalq hava naviqasiyasında kibertəhlükələr ilə mübarizədə birgə səylər barədə bəyannamə imzalanmışdır.

Tədbirin nəticələrinin əks olunduğu videoçarx ilə bu linkdən tanış ola bilərsiniz: 

S.Xankişiyeva

 

 

 

Paylaş:
748

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər