BirKart müştərisi Honda Civic qazandı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

BirKart müştərisi Honda Civic qazandı – FOTO

12:00 - 10 / 10 / 2019
BirKart müştərisi Honda Civic qazandı – FOTO

Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirirdi.

1 iyun – 1 oktyabr 2019-cu il tarixlərində partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazanırdılar.

9 oktyabr tarixində Gənclik Mall Ticarət Mərkəzində canlı yayımda lotereyanın son tirajı keçirildi və növbəti 16 müştəri qiymətli hədiyyələr, sonda isə bir nəfər əsas hədiyyəni – Honda Civic avtomobilini qazandı. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya

Lotereya zamanı qaliblə canlı telefon bağlantısı yaradıldı, reklam kampaniyasının siması olan, tədbirdə iştirak edən müğənni Rauf ona avtomobil qazandığını dedi və Gənclik Mall-a dəvət etdi. Bakı sakini Xəyalə Allahverdiyeva ticarət mərkəzinə gəldi və canlı yayımda avtomobil ona təqdim olundu.

“İyun ayında BirKart taksit kartı ilə World Telecom mağazasında taksitlə mobil telefon aldım. Heç vaxt inanmazdım ki, avtomobil udacağam. Bu barədə mənə zəng vurub deyəndə, əvvəlcə mənə belə gəldi ki, bu bir zarafatdır. Gənclik Mall-a gələndə oradakı izdihamı gördüm və anladım ki, həqiqətən qalibəm. Kapital Bank-a belə gözəl fürsətə görə öz minnətdarlığımı bildirirəm və lotereyada hədiyyə qazanan digər qalibləri də ürəkdən təbrik edirəm”, - deyə, Xəyalə xanım bildirdi.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Reklam hüququnda

 

Paylaş:
956

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər