Veteran cüdoçumuz doqquzuncu dəfə dünya çempionu olub | 1news.az | Xəbərlər
İdman

Veteran cüdoçumuz doqquzuncu dəfə dünya çempionu olub

16:10 - 11 / 10 / 2019
Veteran cüdoçumuz doqquzuncu dəfə dünya çempionu olub

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan cüdoçusu uğurla çıxış edib.

1news.az-ın Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi xəbərə görə, veteran cüdoçumuz Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Bu, idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.

Qeyd edək ki, veteranlar arasında dünya çempionatı oktyabrın 10-da start götürüb. Yarışda 12 cüdoçumuz mübarizə aparır. Dünyanın 49 ölkəsindən 1100-dən artıq idmançının gücünü sınadığı dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq.

1news.az

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər