Samsung-un 50 illik yubileyinə həsr olunmuş xüsusi aksiya
Samsung şirkətinin əsası 13 yanvar 1969-cu ildə qoyulmuşdur və bu müddət ərzində şirkət dünyanın 56 ölkəsində 124 ofisi ilə təmsil olunmuşdur.
Şirkətin diqqətinin 1969-cu ildən elektronika istehsalına yönəlməsinə baxmayaraq, əslində Samsun-un təməli 1938-ci ildə baqqal məhsullarının satışı ilə məşğul olan şirkətin açılışı ilə qoyulub. Vurğusu ilk heycaya düşən "Samsung" sözü – iki heroqlifin koreya tələffüsü ilə hərfi olaraq "üç ulduz"mənasını verir. Bu il şirkət 50 illik yubileyini qeyd edir və bu münasibətlə bütün dünyada aksiyalar keçirərək istehlakçıları sevindirir.
Azərbaycanda isə Samsung, öz sadiq istehlakçıları üçün xüsusi zəmanət müddətinin uzadılması aksiyasına start verir. Bu unikal şans, şirkətin istənilən məhsulu üçün keçərli olub, 01.10.2019 -31.12.2019 tarixinədək Samsung Service Plaza-ya zəmanət talonu üzrə müraciət edən hər bir müştəri üçün yararlıdır. Böyük həcmli məhsullar (TV, 5 kq artıq çəkisi olan məişət texnikası) üçün isə Bakı şəhəri daxilində Samsung Service Plaza işçiləri tərəfindən yerində icra olunan və 088-555-55-55 nömrəli qaynar xətt ilə sifariş edilən təmir daxildir.
Beləliklə, sizin zəmanətiniz 01.01.2020 il tarixində bitirsə və qeyd edilən müddət ərzində siz zəmanət talonu üzrə Samsung Service Plaza-ya təmir üçün müraciət etdiyiniz halda, o zaman zəmanətiniz əlavə 5 ay müddətinə uzadılır və 01.06.2020 tarixinədək etibarlı sayılır.
İstehsalçının təqdim etdiyi əlavə zəmanətdən daha yaxşı nə ola bilər? Əgər siz də Samsung Service Plaza-ya təmir üçün müraciət etməyi düşünürsünüzsə, o zaman indi bunun əsl zamanıdır! Siz də xüsusi təklifdən yararlanmağa tələsin!
Reklam hüququnda