SOCAR İstiqrazlarının sahibləri 12-ci dəfə qazanacaqlar | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR İstiqrazlarının sahibləri 12-ci dəfə qazanacaqlar

10:19 - 11 / 10 / 2019
SOCAR İstiqrazlarının sahibləri 12-ci dəfə qazanacaqlar

Ölkəmizin kapital bazarlarında vətəndaşlarımız üçün alternativ investisiya imkanları təqdim edən SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutacaq 12-ci faiz ödənişi ilə birlikdə sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandıracaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksələcək.

1news.az-a “SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

İnvestorların ehtiyaclarına uyğun şəkildə dizayn edilməsi, yüksək gəlirlilik, yüksək likvidlik, alqı–satqı əməliyyatlarının asanlığı (hətta 1 milyon dollarlıq istiqrazı cəmi 1 saata satmaq mümkündür), faiz ödənişlərinin qrafikə uyğun aparılması və SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti – hansı ki, indiyədək belə bir əməliyyatın aparılmasına ehtiyac olmayıb – SOCAR İstiqrazlarının əsas xüsusiyyətlərini təşkil edir.

SOCAR İstiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısamüddətli kredit cəlb edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan Manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə enmiş olur.

Xatırladaq ki, SOCAR İstiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağızdır və ASAN Xidmət mərkəzlərindən (1 və 5 saylı) əldə edilməsi mümkündür.

S.Xankişiyeva

 

 

Paylaş:
554

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər