Cüdoçularımızdan dünya çempionatında 7 medal | 1news.az | Xəbərlər
İdman

Cüdoçularımızdan dünya çempionatında 7 medal

15:55 - 14 / 10 / 2019
Cüdoçularımızdan dünya çempionatında 7 medal

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 4-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.

1news.az fanat.az-a istinadən xəbər verir ki, ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
 
M-2 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan həmyerlimiz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Bu Azərbaycan millisinin Mərakeşdə qazandığı 7-ci medal olub.
 
Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov mundialda 1-ci yeri, Müşviq Cəfərov isə 3-cü yeri tutub.

1news.az

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər