UEFA Gənclər Liqası: "Sabah" və "Qarabağ"ın U-19 komandaları növbəti oyunlarını keçirəcəklər | 1news.az | Xəbərlər
İdman

UEFA Gənclər Liqası: "Sabah" və "Qarabağ"ın U-19 komandaları növbəti oyunlarını keçirəcəklər

1news Redaksiyası09:50 - Bu gün
UEFA Gənclər Liqası: "Sabah" və "Qarabağ"ın U-19 komandaları növbəti oyunlarını keçirəcəklər

"Sabah" və "Qarabağ" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar.

1news.az xəbər verir ki, "Sabah" əsas mərhələnin IV turunda Norveç təmsilçisi "Vikinq"in müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olacaq.

Qarşılaşma "Sandnes Ulf Arena"da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. U-19 daha əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandasına məğlub olub.

"Qarabağ" isə II təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada "Dinamo"nun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 1:2.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər