Akademik Vasim Məmmədəliyev vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Vasim Məmmədəliyev vəfat edib

09:30 - 14 / 10 / 2019
Akademik Vasim Məmmədəliyev vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Dövlət Universitetinin rəsmi "Facebook" səhifəsində bildirilir.

Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.

Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. 1991-ci ildə çap edilmiş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.

Görkəmli alim Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub.

V.Məmmədəliyev BDU-da Ərəb filologiyasi kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
684

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər