İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə deyib.
“Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik”.
S.Xankişiyeva
533