Elman Rüstəmovdan manatla bağlı VACİB AÇIQLAMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmovdan manatla bağlı VACİB AÇIQLAMA

11:47 - 25 / 10 / 2019
Elman Rüstəmovdan manatla bağlı VACİB AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin paramentlərinə növbəti dəfə dekabrın 13-də baxacaq.

S.Xankişiyeva

 

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər