Qunnar Panke: “Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qunnar Panke: “Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir

15:55 - 28 / 10 / 2019
Qunnar Panke: “Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir

“Nar” müştərilərin ehtiyac və gözləntilərini qarşılamaqla onların məmnuniyyətinin artmasına davamlı investisiya yatırır. Mobil operator hər zaman müxtəlif müştəri qruplarının konkret ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir”.

Bu fikirləri “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke “Business Time” jurnalına geniş müsahibəsində deyib.

Onun sözlərinə görə, “Nar”ın abunəçilərin seçiminə çevrilməsinin əsas səbəbi müştəri yönümlü məhsullardır: “Bizim xidmətlər hər bir müştərinin ehtiyacları əsasında, onları məmnun etmək məqsədilə hazırlanır. Müştərilərimizin bu və ya digər məhsul və xidmətlərimizə olan tələbatını öyrənməklə və araşdırmaqla, demək olar ki, hər bir müştəri qrupu üçün fərdi yanaşma tapa bilmişik. Onlara münasib həllər arasında seçim etməyə imkan veririk”.

“Nar”ın müştəri məmnuniyyətinin artırılmasına davamlı investisiya qoyduğunu deyən Q.Panke əlavə edib ki, ilk növbədə, xərclərin tam şəffaflığını təmin etməklə rahat və istifadəsi asan məhsullar təqdim edilir: “İkincisi, rəqəmsallaşma bir çox müştərilər üçün vacibdir. Lakin biz ənənəvi, fiziki kanallar vasitəsilə xidmət olunmağı üstün tutan müştərilərin ehtiyaclarını da diqqətdən kənarda saxlamırıq. Üçüncü şüarımız isə məhsullarımızı qiymət baxımından münasib saxlamaq üçün xərcləri minimallaşdırmaqdır. Bizim üçün ölkənin ən çox müştəri yönümlü mobil operatoru olmaq budur”. Baş icraçı direktor əlavə edib ki, müştərilər mobil operatordan keyfiyyətli şəbəkə xidməti gözləyir və hazırda “Nar”ın təklif etdiyi geniş əhatəlilik və şəbəkə Qərb ölkələri səviyyəsindədir.

Mobil operatorun qarşıda duran strategiyası barədə də danışan Q.Panke qeyd edib ki, gələcəkdə diqqət yönəldiləcək sahələrdən biri müştərilər üçün təqdim olunan xidmət və həllərin daha da təkmilləşdirilməsidir. Bundan başqa, məmnun olan və doğru yerdə olduqlarına əmin olan müştəri bazası hesabına təbii artıma nail olmaqdır.

Qeyd edək ki, Azerfon”un Baş icraçı direktoru Qunnar Pankenin “Business Time” jurnalına geniş müsahibəsini aşağıdakı keçid vasitəsilə oxumaq olar: http://fins.az/musahibe/1001411/nar-musterilerin-ehtiyaclarina-cavab-veren-mehsullar-teqdim-etmekdedir.html

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni  əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
769

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər