Bundesliqada yeni rekord | 1news.az | Xəbərlər
Futbol

Bundesliqada yeni rekord

17:28 - 28 / 10 / 2019
Bundesliqada yeni rekord

"Bavariya" Almaniya Bundesliqasının 9-cu turunda "Yunion Berlin"lə qarşılaşıb.

1news.az sport24.az-a istinadən xəbər verir ki, Münhen klubunun 2:1 hesablı qələbəsi ilə bitən qarşılaşmada sözügedən komandanın ulduz futbolçusu Robert Levandovski yeni rekorda imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, polşalı hücumçu, Almaniya Bundesliqasının ilk 9 turunda da qol vurmağı bacaran ilk oyunçuya çevrilib. "Yunion"la matçda komandasının 2-ci qoluna imza atan Levandovski, bu mövsüm Bundesliqada vurduğu qollarının sayını 13-ə çatdırıb.

1news.az

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər