Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

13:54 - 31 / 10 / 2019
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 10-13, gündüz  13-15,  Bakıda gecə 11-13, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.  

 Azərbaycanın rayonlarında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

1news.az

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər