Moskvada İmadəddin Nəsiminin heykəlinin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada İmadəddin Nəsiminin heykəlinin açılışı olub - FOTO

10:58 - 31 / 10 / 2019
Moskvada İmadəddin Nəsiminin heykəlinin açılışı olub - FOTO

Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli açılıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.

B.Şyukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmadəddin Nəsiminin şeirlərini səsləndiriblər.

Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atriumda Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundovun da abidəsi ucaldılıb.

1news.az

Paylaş:
681

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib30 / 04 / 2024, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb30 / 04 / 2024, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb30 / 04 / 2024, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEO30 / 04 / 2024, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub30 / 04 / 2024, 16:39Lənkəranda baş verən qəzada piyada ölüb30 / 04 / 2024, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib30 / 04 / 2024, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab verib30 / 04 / 2024, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB30 / 04 / 2024, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO30 / 04 / 2024, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb30 / 04 / 2024, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşüb30 / 04 / 2024, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb30 / 04 / 2024, 14:57Yazın son ayında hava necə olacaq?30 / 04 / 2024, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib30 / 04 / 2024, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşüb30 / 04 / 2024, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb30 / 04 / 2024, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTO30 / 04 / 2024, 13:38
Bütün xəbərlər