Kapital Bank ABA-nın illik toplantısına qatılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank ABA-nın illik toplantısına qatılıb

13:30 - 31 / 10 / 2019
Kapital Bank ABA-nın illik toplantısına qatılıb

Kapital Bank 27-29 oktyabr tarixlərində ABŞ-ın Sietl şəhərində keçirilən Amerika Banklar Assosiasiyasının illik qurultayında iştirak edib. Tədbirə İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Amerika Birləşmiş Ştatlarının müxtəlif banklarını təmsil edən ekspertlərin iştirakı ilə keçirilən illik toplantıda maliyyə xidmətləri sahəsində tendensiyalar, kiber təhlükəsizlik, ödəniş sistemləri, bank sektoru iştirakçılarının qarşısında dayanan problemlər və digər məsələlər ətrafında müzakirələr edilib. Tədbir müddətində həmçinin “Bank işinin rəqəmsal transformasiyas”, “Kiber-risklərin idarə olunması” mövzuları ətrafında diskussiyalar aparılıb, eləcə də digər mövzularda vorkşoplar, panel və ictimai müzakirələr, təqdimatlar həyata keçirilib.

“Cari il ərzində Kapital Bank artıq bir neçə beynəlxalq tədbirlərə - forum, qlobal təşkilatların illik yağıncaqlarına və konfranslara qatılıb. ABA tərəfindən təşkil olunan İllik Qurultayın əsas prioritet istiqamətlərindən biri də informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Ölkənin birinci bankı olaraq, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə biz hər zaman müştərilərə innovativ həllər təklif edirik. Hesab edirəm ki, beynəlxalq təcrübədən yararlanmaq imkanı bankın öz ictimai əhəmiyyətli funksiyalarını daha səmərəli yerinə yetirməsinə müsbət təsir göstərəcək” - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına üzv seçilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
642

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər