KOB-lar üçün onlayn təlim platforması yaradılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOB-lar üçün onlayn təlim platforması yaradılır

13:00 - 31 / 10 / 2019
KOB-lar üçün onlayn təlim platforması yaradılır

Startapların, mikro, kiçik və orta biznes subyektlərinin “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq təlim, seminar, treninq və digər tədbirlər təşkil olunur.

1news.az-ın verdiyi xəbərə görə, bu ilin yanvar-sentyabr ayları ərzində KOBİA tərəfindən Bakıda və ölkə regionlarında yerli və xarici ekspertlər tərəfindən sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, peşə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 16 təlim, 7 onlayn maarifləndirmə tədbiri, 6 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib. Biznesin inkişafı, korporativ idarəetmə, dövlət-özəl tərəfdaşlığı, maliyyə savadlığının atırılması, dövlət satınalmaları və s. mövzularda təşkil edilmiş tədbirlərdə 7 minə yaxın KOB subyekti iştirak edib.

Tədbirlərdə sahibkarlara nəzəri məlumatlarla yanaşı, müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış iş adamları öz təcrübələrini bölüşüblər.

Hazırda KOBİA tərəfindən müasir dövrün tələblərinə uyğun onlayn təlim sisteminin yaradılması istiqamətində işlər aparılır. Onlayn platformada reallaşacaq bu sistem vasitəsilə həyata keçiriləcək maarifləndirmə tədbirləri biznes subyektlərinin fəaliyyətinin daha səmərəli təşkilində əhəmiyyətli olacaqdır.

S.Xankişiyeva

 

 

 

 

 

 

Paylaş:
601

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər