Meyvezerdən Həbibə: “Gəl, uzadım səni yat”

Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova qarşı döyüşməyə hazırdı.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, əfsanəvi boks ustası bunu deyib:
"Mən döyüşə hazıram hətta onun təşkilatçılığı ilə də məşğul ola bilərəm. Döyüş boks qaydaları ilə keçiriləcək. Bu mənim idman növümdü və əgər Həbib birinci dillənibsə deməli o mənim dünyama gəlməlidir.
Mən onun müsahibəsini eşitmişəm. O deyir ki, mən Makqreqoru nokauta göndərə bilmədim, amma o irlandiyalını nokdaun etdi. Düzdü? Ok. Gəl, uzadım səni yat".
Həm Floyd Meyvezer, həm də Həbib Nurməhəmmədov indiyə qədər uduzmayıb: amerikalının hesabı "58-0", rusiyalınınkı isə "27-0"dır.
1news.az
582