Noyabrda ardıcıl 3 gün iş olmayacaq – TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrda ardıcıl 3 gün iş olmayacaq – TƏQVİM

10:28 - 01 / 11 / 2019
Noyabrda ardıcıl 3 gün iş olmayacaq – TƏQVİM

Azərbaycanda 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

1news.az-ın verdiyi xəbərə görə, həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

Beləliklə, ardıcıl 3 gün – noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq.

Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.

S.Xankişiyeva

Paylaş:
2011

Son xəbərlər

Bütün xəbərlər