Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır
Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı və sair parametrlər öz əksini tapacaq.
Q.Hüseynov bildirib ki, hazırda 50-dən çox regionda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyat keçirilir. Bunlardan 30-da işlər demək olar ki, başa çatıb.
1news.az
465