Futbolçu baş məşqçini itələyib yerə yıxdı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Futbolçu baş məşqçini itələyib yerə yıxdı - VİDEO

17:12 - 11 / 11 / 2019
Futbolçu baş məşqçini itələyib yerə yıxdı - VİDEO

Bundesliqanın XI turunda "Frayburq"un evdə "Ayntraxt"ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda insident baş verib.

1news.az goal.az-a istinadən xəbər verir ki, 90+5-ci dəqiqədə qonaqların futbolçusu David Abraham meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxıb. Bundan sonra hər iki komandanın oyunçuları arasında qarşıdurma olub.

Hakimlərin müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Referi Abrahama qırmızı vərəqə verib.

1news.az

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər