MFL və Carlsberg Azerbaijan futbol “Biznes Liqası” yaradırlar: necə bu turnirin iştirakçısı olmaq olar?
Bir neçə il əvvəl Azərbaycanın eyni adlı ən böyük həvəskar futbol liqasını quran MFL şirkəti növbəti layihəsini həyata keçirməyə hazırlaşır.
Carlsberg Azerbaijan şirkəti Carlsberg brendi ilə turnirin eksklüziv tərəfdaşı qismində çıxış edir.
Carlsberg və futbol – bu, milyonlarla insana sevinc bəxş edən və böyük tarixi olan iki qlobal brendin əməkdaşlığıdır. Carlsberg bütün səviyyələrdə - yerli azarkeşlərdən tutmuş beynəlxalq mütəxəssislərə qədər futbolu dəstəkləyir.
Carlsberg brendi həmçinin “Liverpul” futbol klubunu uzun illərdir dəstəkləməsi ənənəsi ilə məşhurdur. Bu ənənə bu gün də davam edir.
“MFL Carlsberg Biznes Liqası” adlanan yeni turnir tezliklə, dekabrın 14-də start götürəcək.
Turnirin təşkilati dəstəyi AFFA tərəfindən təmin edilir.
Yalnız şirkət əməkdaşlarının çıxış edə biləcəyi turnirdə 24 komanda iştirak edəcək.
Turnir korporativ komandalar üçün nəzərdə tutulduğundan, indiki və keçmiş peşəkar oyunçuların burada iştirakı çox məhduddur (bu oyunçular hazırda iştirakçı şirkətlərin işçiləri olsa belə).
Bu cür sərt məhdudiyyətlər hazırda davam edən “MFL LSS 2019/20” turnirinin oyunçularına da tətbiq olunur.
Təqdim etdiyimiz linkə daxil olaraq tanış ola biləcəyiniz qaydalara əsasən, hər komandada 2-dən artıq keçmiş peşəkar oyunçu, habelə “MFL LSS 2019/20” turnirinin oyunçuları iştirak edə bilməz. Hazırda çıxış edən peşəkar futbolçuların isə ümumiyyətlə, turnirdə iştirakına icazə verilmir.
Bununla belə təqdim olunan şəxslər istənilən halda “MFL Carlsberg Biznes Liqası”nda iştirak edən şirkətlərin əməkdaşları olmalıdırlar.
Turnirdə iştirak tamamilə PULSUZDUR.
Turnirin qalib komandası mükafat olaraq tam heyətlə 21 may 2020-ci il tarixində keçiriləcək futbol üzrə Türkiyə Kubokunun finalında iştirak etmək imkanı əldə edəcək. Xərclər (aviabiletlər, oteldə yer və oyuna biletlər) turnirin sponsoru - Carlsberg Azerbaijan şirkəti tərəfindən ödəniləcək.
İştirakçıların qeydiyyatı bu il dekabrın 10-na qədər açıq olacaq.
Dekabrın 14-də start götürəcək turnirin oyunları həftəsonları keçiriləcək. Oyunların ətraflı cədvəli ilə buradan tanış ola bilərsiniz.
Komandaların iştirak ərizəsinə 8-dən 12-yə qədər oyunçu daxil edilə bilər. Komandalar hər birində 12 komanda olmaqla iki qrupa bölünəcəklər.
Fotoda: MFL LSS 2019/20 liqasının növbəti mövsümünün açılış mərasiminin iştirakçıları.
Qrup mərhələsi başa çatdıqdan sonra ən yaxşı 8 komanda finala yüksəlmək uğrunda mübarizənin başlayacağı pley-off-a vəsiqə qazanacaq.
Final matçı, eləcə də üçüncü yer uğrunda oyun 2020-ci il 25 aprel tarixində baş tutacaq.
Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydançalarında keçiriləcək.
Sizi maraqlandıran bütün məsələlərlə bağlı təşkilatçılarla aşağıdakı vasitələrlə birbaşa əlaqə saxlaya bilərsiniz.
Telefon: 070 269 00 21.
E-mail: [email protected]
Carlsberg Azerbaijan pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər işləyir və təxminən 400 nəfər vasitəli üsulla çalışır (distribüterlər, agentliklər, podratçılar). Şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə təxminən 50 mln AZN təşkil edir. Şirkətin portfelində Carlsberg, Kronenbourg 1664 Blanc, Seth&Riley's Garage, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika KULER, Xırdalan, Efsane kimi məşhur brendlər var.
2016-cı ildə yaradılan MFL şirkəti, eyni adlı Azərbaycanın ən böyük həvəskar futbol liqasının qurucusudur. Bir neçə il ərzində şirkət 4 tam mövsümlü turnir, Gəncədə kubok turniri və Azərbaycanda akkreditə olunmuş diplomatlar üçün bir turnir daxil olmaqla ümumilikdə 9 turnir təşkil edib.
MFL-in bütün turnirlərində ümumilikdə 321 komanda və 3608 oyunçu iştirak edib.
Liqa ilə bağlı daha ətraflı məlumatı www.mfl.az rəsmi saytında tapa bilərsiniz.
Həmçinin baxın: