Respublika Diaqnostika Mərkəzində xarici mütəxəssislərin iştirakı ilə konfrans keçirilib – FOTO – VİDEO

Bu günlərdə Bakıda yerləşən, ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biri olan Respublika Diaqnostika Mərkəzində böyük tibbi konfrans baş tutub.
“Ginekologiyada təkmilləşmiş endoskopik cərrahiyyə - Effektiv olmağın və fəsadların qarşısını almağın yolları” adlı bu konfransda iştirak etmək üçün Bakıya xarici mütəxəssislər dəvət olunub. Professor Revaz Botçorişvili və professor Laura Kapuşeva əsas qonaqların siyahısında yer alıblar.
Sözügedən mütəxəssislər Respublika Diaqnostika Mərkəzində 2 gün ərzində çoxsaylı mühazirələr oxuyub müxtəlif növ laparoskopik və histeroskopik əməliyyatlar həyata keçiriblər. Konfransın ilk günü sırf nəzəri mövzulara həsr olunsa da, növbəti gündə 3 çoxmərhələli əməliyyat icra edilib. Həmin əməliyyatlar canlı şəkildə konfrans iştirakçılarına nümayiş olunub. Bir neçə saat davam edən canlı əməliyyatların hər biri uğurla başa çatdırılıb.
Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzi növbəti ildə də bu tip konfrans və master-klasslar keçirməyi planlaşdırır.
Reklam hüququnda