Astarada sərhədçilər meşədə 25 kiloqram narkotik aşkarlayıblar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada sərhədçilər meşədə 25 kiloqram narkotik aşkarlayıblar – FOTO

10:39 - 14 / 11 / 2019
Astarada sərhədçilər meşədə 25 kiloqram narkotik aşkarlayıblar – FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

1news.az-a DSX-dan verilən xəbərə görə, noyabrın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olunaraq götürülüb. Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “metamfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götürülüb.

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

S.Xankişiyeva

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər