Azərbaycan əhalisinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlandı

15:30 - 20 / 11 / 2019
Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən Azərbaycan üzrə əhalinin sayı 63 009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 044 466 nəfərə çatıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

1news.az

Paylaş:
276

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər