Sərnişinin halı pisləşdiyi üçün “Buta Airways”in təyyarəsi geri qayıdıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sərnişinin halı pisləşdiyi üçün “Buta Airways”in təyyarəsi geri qayıdıb

12:09 - 20 / 11 / 2019
Sərnişinin halı pisləşdiyi üçün “Buta Airways”in təyyarəsi geri qayıdıb

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

1news.az-ın verdiyi xəbərə görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər