Baş Nazir sürüşmə zonasında | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Nazir sürüşmə zonasında

11:07 - 25 / 11 / 2019
Baş Nazir sürüşmə zonasında

Baş Nazir Əli Əsədov Bakının Bibiheybət qəsəbəsində baş verən sürüşmə ərazisinə gəlib.

Trend-in məlumatına görə, Ə.Əsədov hadisə yerinə baxış keçirir.

Qeyd edək ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri də hadisə yerindədirlər.

Xatırladaq ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində əraziyə gedən yol bağlanıb.

S.Xankişiyeva

 

Paylaş:
626

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər