KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı” müsabiqəsinə start verilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı” müsabiqəsinə start verilir

13:55 - 28 / 11 / 2019
KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı” müsabiqəsinə start verilir

Azərbaycanda ilk dəfə olaraq “EY ilin iş adamı” müsabiqəsi keçiriləcək. Bu gündən etibarən müsabiqəyə müraciətlərin qəbuluna başlanılır.

1news.az-ın verdiyi xəbərə görə, EY Azərbaycan tərəfindən təsis edilmiş “EY ilin iş adamı” proqram dünyada ən nüfuzlu biznes mükafatlarındandır.

2019-2020-ci illər üzrə “EY ilin iş adamı” proqramı çərçivəsində EY Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq edir.

Bu il “EY ilin iş adamı” proqramının diqqət mərkəzində kiçik və orta sahibkarlar dayanır. Azərbaycanın bütün sektorlarından olan kiçik və orta müəssisələr 15 yanvar 2020-ci il tarixinə qədər müsabiqədə iştirak üçün müraciət edə bilərlər. 2019-2020 proqramının finalçıları və milli müsabiqənin qalibi 11 mart 2020-ci il tarixində elan ediləcəkdir.

“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru və “EY ilin iş adamı” proqramının rəhbəri İlqar Vəliyev demişdir: “Ölkəmizdə ilk dəfə olaraq “EY ilin iş adamı” proqramını təqdim etməkdən məmnunuq. Bu il biz ölkənin kiçik və orta sahibkarlarını uğurlu biznesin qurulması ilə yanaşı, ətrafındakı icmaların həyatını yaxşılaşdırması üçün dəstəkləməyə və həvəsləndirməyə çalışacağıq. Milli müsabiqənin qalibi Azərbaycanı təmsil etmək üçün 2020-ci ilin iyun ayında Monakoda digər ölkələrin finalçıları ilə mübarizə aparacaq. Bu, istedadlı sahibkarlarımızı qlobal müstəvidə tanıtmaq üçün yaxşı fürsətdir".

Dünyanın 60-dan çox ölkəsində həyata keçirilən “EY ilin iş adamı” proqramı sahibkarlıq fəaliyyətini təşviq edir, uğurlu iş adamlarının liderlik xüsusiyyətləri və nailiyyətlərini potensial sahibkarlarla bölüşməsinə vasitəçi olur. Müsabiqəyə bütün sahələrdə Azərbaycanın istənilən regionundan olan sahibkarlar qoşula bilər. Namizədliyini irəli sürəcək şəxslər müsabiqə barədə ətraflı məlumatı bu linkdən əldə edə bilər - https://www.ey.com/az/eoy

Finalçılar və qaliblər nüfuzlu sahibkarlar, dövlət şirkətlərinin top menecerləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
648

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər