Dünyanın ən yaxşı 10 proqramlaşdırma dili - SİYAHI
Milyonlarla istifadəçisi olan GitHub, 2019-cu ilin ən məşhur 10 proqramlaşdırma dillərini təqdim edib. Bu proqramlara bir çox böyük şirkət üstünlük verir.
1news.az techland.az-a istinadən bildirir ki, 40 milyondan çox proqramistə xidmət edən GitHub, keçən il 7,5 milyard dollar qarşılığında Microsoft tərəfindən alınmışdı. Proqramistlər üçün bir növ depo xidməti göstərən GitHub, bir neçə gün əvvəl paylaşdıqları hesabatda proqramistlərin ən çox istifadə etdikləri proqram dillərini yayımlayıblar.
Sözü daha çox uzatmadan siyahıya göz gəzdirək.
Rubby
Ruby, istifadə sadəliyinə diqqət yetirən açıq mənbəli proqramlaşdırma dilidir. Yaponiyada Yukihiro Matsumoto tərəfindən 1995-ci ildə dizayn edilib, hazırlanmışdır. O vaxtdan bəri populyar olaraq qalan Ruby siyahıda 10-cu yeri tutur.
C
1972-ci ildə Dennis Ritchie tərəfindən hazırlanmış C, bu gün də istifadə olunan ən qədim proqramlaşdırma dillərindən biridir. Çox sayda kompüter sistemi və aparatını proqramlaşdırmaq üçün ümumi məqsədli bir dil olaraq hazırlanmışdır. Java, PHP və JavaScript də daxil olmaqla bir çox populyar dildə kökləri C proqramlaşdırma dilinə əsaslanmışdır.
Shell
Xüsusilə İT şöbələrində çox məşhur olan Shell, əməliyyat sisteminə təbii əmrləri birbaşa yerinə yetirməyə imkan verir. Bu nöqtədə, Shell proqramları uzaqdan quraşdırmaq və ya silmək kimi ümumi əməliyyatları avtomatlaşdırmaq və faylları idarə etmək, ehtiyat nüsxə çıxarmaq və kopyalamaq üçün istifadə edilə bilər.
TypeScript
Açıq mənbəli proqramlaşdırma dili olan TypeScript-in inkişafı üçün Microsoft dəstək olur. Daxilində yerləşən tərtibatçı vasitəsilə yazılmış kodu JavaScript koduna çevirən bu dil, ilk dəfə 2012-ci ildə istifadəyə verilib və hələ də inkişaf edərək böyüyür.
C++
Bjarne Stroustrup tərəfindən 1979-cu ildən etibarən inkişaf etdirilməyə başlanılmış C++, hələ də ən çox istifadə edilən dillərdən biri olaraq qalır. Eyni zamanda bu proqramlaşdırma dili bu gün istifadə olunan bir çox əməliyyat sistemində, brauzerlərdə və oyunlarda ana dili kimi də istifadə olunur.
C#
"C-sharp" olaraq tələffüz olunan C #, Microsoft-da Anders Hejlsberg-in başçılıq etdiyi bir qrup tərəfindən hazırlanmışdır. Bu dil Java-ya bənzəyir; mobil tətbiqetmələrdə, oyunlarda və korporativ proqramlaşdırılmalarda çox üstünlük verilir.
PHP
PHP: Hypertext Preprocessor-un qısaldılmış şəkli olan PHP, veb inkişafı və interaktiv veb səhifələr yaratmaq üçün açıq mənbə proqramlaşdırma dilidir. Facebook və Yahoo, keçmişdə verilənlər bazasında bu dili istifadə edənlər arasındadır. 1995-ci ildə Rasmus Lerdorf tərəfindən yaradılan bu kod hələ də inkişaf etdirilməyə davam edilir.
Java
Java, ilk dəfə 1995-ci ildə "Sun Microsystems" tərəfindən hazırlanmış daha sonra isə "Oracle" tərəfindən alınmışdır. Bu açıq kod dili Twitter və Netflix kimi şirkətlər tərəfindən fəal istifadə olunur və böyük şirkətlərin üstünlük verdiyi proqramlaşdırma dili hesab edilir. Proqramistlərə asanlıqla dillər arasında keçid etməyə imkan verən, C++ və C# ilə oxşar olan bu dil; mobil və veb tətbiqetmələri, oyunları və verilənlər bazası proqramları yaratmaq üçün istifadə olunur.
Python
Ən populyar və ən sürətli böyüyən proqramlaşdırma dillərindən biri olan Python, keçən il ən populyar dillər arasında 3-cü sırada yer almışdı. Açıq mənbəlı bu proqramlaşdırma dili süni intellektə əsaslanan tətbiqetmələri və verilənlər bazası üçün tez-tez istifadə olunur, eyni zamanda dilə başlamağın asan olduğu da məlumdur.
1.JavaScript
Veb səhifələrin yaradılması üçün istifadə olunan əsas dillərdən biri olan JavaScript dünyanın ən populyar proqramlaşdırma dili olaraq qalmağa davam edir. Veb saytları interaktiv hala gətirməyə kömək edən bu dil, həmçinin oyun yaratmaq üçün də istifadə edilə bilər.
1news.az