“Nargis” Fondu və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi növbəti xeyriyyə konserti | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nargis” Fondu və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi növbəti xeyriyyə konserti

14:29 - 02 / 12 / 2019
“Nargis” Fondu və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi növbəti xeyriyyə konserti

5 dekabrda Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan) və Azərbaycan Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında baş dirijoru olduğu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti baş tutacaq.

Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, uşaq ikən görmə qabiliyyətini itirməsinə baxmayaraq, bu özəlliyi Tamaş üçün sevdiyi sənətlə məşqul olmaq və olduqca uğurlu karyera qurmağa əngəl yaratmadı. O, tez-tez dünyanın fərqli qitələrində konsertlərlə çıxış edir və tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Konsert çərçivəsində Macarıstanlı musiqiçi Azərbaycanlı həmkarı və dostu, dünyaca məşhur dirijor, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevlə səhnəni paylaşacaq.

Ə.Quliyev bir çox məşhur xarici simfonik orkestri, o cümlədən Royal Filarmoniya Orkestri, Fransa Radiosu Filarmonik Orkestri, Vyana Kamera Orkestri, Mariinski Teatrının Simfonik Orkestri və digərləri ilə əməkdaşlıq edir. Bununla yanaşı o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi direktorudur.

Dekabrda Tamaş Erdi ilk dəfə Azərbaycanın paytaxtı Bakıda konsert proramı ilə çıxış edəcək. Ancaq konsertin məqsədi T.Erdi və Ə.Quliyev sənətinin və ümumiyyətlə klassik musiqi sevənlərin zövqünü oxşayacaq bir axşam keçirməklə kifayətlənmir. Belə ki, bu möhtəşəm konsert sırf xeyriyyə məqsədi daşıyır.  Bilet satışından əldə olunan bütün gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönlənəcək.

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunacaq. Yarmarkada tədbirə özəl gətirilmiş qış sezonunun başlanğıcınə simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılacaq.

Xatırladaq ki, 2018-ci ildə Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilmişdi. Tədbirdən əldə olunmuş bütün vəsait 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl çap maşının əldə olunmasına yönəldi.

Biletləri iTicket.az saytından və kassalarından əldə edə bilərsiniz.

Tədbirin informasiya dəstəyi “Nargis” jurnalı, 1news.az, Day.az, Trend.az, Azertag.az, Azernews.az tərəfindən həyata keçirilir.

Əlavə məlumat və suallar üçün (99450) 740 75 70, (99412) 404 23 03, (99412) 404 23 13 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq, həmçinin “Nargis” fondunun sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Facebook: https://www.facebook.com/NARGIS-FUND-168664393481603/

Instagram: https://www.instagram.com/nargis_fund/

S.Xankişiyeva

 

 

 

Paylaş:
479

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər