Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək | 1news.az | Xəbərlər
Rəsmi

Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək

17:24 - 05 / 12 / 2019
Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, 2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

S.Xankişiyeva

 

Paylaş:
873

Son xəbərlər

Bütün xəbərlər