Milli Məclis Oqtay Əsədovla “Araş Medical Company” MMC ilə bağlı məsələyə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis Oqtay Əsədovla “Araş Medical Company” MMC ilə bağlı məsələyə aydınlıq gətirib

12:25 - 05 / 12 / 2019
Milli Məclis Oqtay Əsədovla “Araş Medical Company” MMC ilə bağlı məsələyə aydınlıq gətirib

Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunmuşdur.

1news.az-ın verdiyi xəbərə görə, Milli Məclisin mətbuat xidməti məlumat məsələyə aydınlıq gətirib.

Yazıda bildirilir ki, guya parlament Sədrinin “qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub”.

Parlamentin Mətbuat xidməti qəti şəkildə bildirir ki, Milli Məclisin Sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis Sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur.

S.Xankişiyeva

 

Paylaş:
622

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər