Ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı araşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı araşdırılır

13:01 - 05 / 12 / 2019
Ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı araşdırılır

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) tabeliyində fəaliyyət göstərən “Azalternativenerji” MMC tərərfindən “Texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” üzrə layihəsinin icrasına başlanılıb.

1news.az-ın Agentliyin saytına istinadən verdiyi xəbərə görə, Energetika Nazirliyi tərəfindən qeyd olunan layihə  üzrə keçirilən tenderin qalibi və layihənin icraçısı “Azalternativenerji” MMC olub.  Bu səbəbdən 28 noyabr tarixində Bakıda “Fairmont Hotel” də “Azalternativenerji MMC” tərərfindən yeni layihənin ilkin seminarı keçirilib. Seminarda Energetika nazirinin müavini Samir Vəliyev və ABEMDA-nın sədr müavini Cəmil Məlikov çıxış ediblər.

Eləcə də tədbirdə nazirliklərin və digər dövlət və beynəlxalq təşkilatların  nümayyəndləri iştirak ediblər.

Seminarda qazlaşdırılmamış kəndlərin enerji təminatı barədə zəruri məlumatlar verilib  və “Alternativ enerji təchizatı variantları” üzrə icra planları və qrafikləri  müzakirə olunub. Bundan başqa enerji  sahəsində beynəlxalq nüfuza malik Almanyanın “88K” şirkətinin maye qaz sistemlərinin tətbiqi təcrübəsi üzrə təqdimatları baş tutub. Təqdimatlarda şirkətin həll yolları və tədbiqləri üzrə təcrübəsi nümayiş olunub.

Layihənin əsas məqsədi Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına əsasən “4.1.5 Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi” prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır.

Layihənin məqsədinin reallaşması üçün bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyətin araşdırılması bununla bağlı hazırlanmış təklifləri aidiyyatı qurumlara təqdim olunması kimi vəzifələr yerinə yetiriləcək.

1news.az

Paylaş:
720

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər