Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir

13:15 - 09 / 12 / 2019
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir

Laboratoriya tədqiqatları müasir diaqnostikanın mühüm hissəsidir. Tibbdə qərarların demək olar ki, 80%-i xəstəliklərin aşkarlanmasından başlayaraq müalicə metodlarının seçilməsinə qədər laboratoriya tədqiqatları əsasında qəbul edilir. 

Laborator xidmətinin inkişaf dərəcəsi klinikanın reytinq göstəricilərindən biri sayılır. Dünyanın sivil ölkələrinin ən yaxşı klinikaları geniş və yüksək dərəcəli laborator xidmətinə malikdirlər.

Mərkəzi Gömrük Hospitalının laboratoriyası ən müasir avadanlıqlara malik olmaqla yanaşı göstərdiyi xidmətin keyfiyyətinə görə ölkəmizdəki tibb müəssisələri arasında birincilər sırasındadır. Laboratoriyanın rəisi Sevinc Gülmalıyeva ilə söhbətimizdə tibbi diaqnostikada laboratoriya tədqiqatlarının rolu, laboratoriyada istifadə olunan müasir avadanlıqlar və göstərilən xidmətlər, xarici klinikalarla əməkdaşlıq və digər məsələlərdən danışdıq.

- Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Xahiş edirik, laboratoriyanın fəaliyyəti haqqında məlumat verəsiniz.

- Fasiləsiz olaraq 7/24 saat rejimində müxtəlif sahələrdə xidmət göstərən laboratoriyamız müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoloji və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir. Onu da deyim ki, hospitalımızda laborator analizlər beynəlxalq standartlara uyğun müasir analizatorlarda peşəkar həkim laborantlar tərəfindən aparılır.

- Səhv etmirəmsə, bu yaxınlarda laboratoriyanız İSO keyfiyyət sertifikatına layiq görülüb.

- Doğru qeyd etdiniz. Laboratoriyamız 9 avqust 2019-cu il tarixində ISO 15189:2012  “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatını alıb. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının tibbi laboratoriyalarının fəaliyyətinin keyfiyyətinə və səlahiyyətliliyinə olan tələblərindən ibarətdir.

Laboratoriyanın ISO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində  yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və nəticədə pasiyentlərin məmnunluğuna zəmanət verir.  İSO sertifikatının mövcud olması həm də o deməkdir ki, bizim laboratoriyada verilən analizin nəticələri beynəlxalq standartlara uyğun olduğundan, xarici ölkələrin klinikaları tərəfindən də qəbul edilir.

- Laboratoriyanızda istifadə etdiyiniz avadanlıqlar və reaktivlər müasir tələblərə cavab verirmi? Buna necə nail olursunuz?

- Laboratoriyamızda istifadə olunan bütün avadanlıqlar beynəlxalq standartlara tam uyğundur. Əsasən Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avtomatlaşdırılmış avadanlıqlardan istifadə edirik. Laborator avadanlıqların tənzimlənməsi və texniki servisin normativ tələblərə uyğun aparılması vaxtı-vaxtında həyata keçirilir. Həm avadanlıqları, həm də kimyəvi reaktivləri seçəndə və istifadə edəndə ISO 15189:2012 standartlarının  tələblərinə uyğun hərəkət edirik. İSO-nun, eləcə də ABŞ-ın və Avropanın standartlarına uyğun olaraq yalnız keyfiyyətli avadanlıqlardan və reaktivlərdən istifadə edirik. Bütün avadanlıqlar və kimyəvi reaktivlərin seçimi və logistikası xüsusi qaydalara uyğun olaraq aparılır. 

- Laboratoriyanızda analizlərin nəticələrinin məxfiliyi necə təmin olunur?

- Laboratoriyamızda analizlərin nəticələrinin məxfiliyinin qorunmasına çox böyük önəm verilir və bunun üçün lazımi tədbirlər görülür. Nümunə qəbulu otağına pasiyentlər monitordan şəxsi kod nömrəsilə dəvət olunur. Xəstələrin analizlərinin bütün nümunələri barkodlaşdırılır. Pasiyentlər analizlərin nəticələrini Mərkəzi Gömrük Hospitalının qeydiyyat şöbəsindən çap olunmuş versiyada götürməklə yanaşı, həm də Hospitalın  internet səhifəsində yaradılmış şəxsi kabinetlərindən öz identifikasiya kodlarını daxil etməklə və Hospitalın Çağrı mərkəzinə zəng etməklə əldə edə bilirlər.

- Xəstələr analizlərinin nəticələrini almaq üçün nə qədər gözləməli olurlar?

- Laboratoriyamızda ən müasir metodlardan istifadə etdiyimiz üçün pasiyentlər analizlərin nəticələrini növündən asılı olaraq hətta  bir neçə dəqiqə müddətində də əldə edə bilirlər. Həmçinin,  səyyar xidmət də göstəririk. Pasiyentin ünvanına gedərək  lazımi analizlər üçün nümunələri götürürük. Eyni zamanda bizdə elə xüsusi qablar var ki, material 72 saat ərzində orada xarab olmur. Daha analiz vermək üçün xəstənin Hospitala gəlməsinə ehtiyac qalmır.

- Laboratoriyanız xarici ölkələrin tibb ocaqlarının laboratoriyaları ilə əməkdaşlıq edirmi? Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə tədbirlər, təcrübə mübadiləsi həyata keçirirsinizmi?

- Laboratoriyamız xarici ölkə klinikalarının laboratoriyaları ilə əməkdaşlığa, əlaqələrin qurulmasına da böyük önəm verir. Əməkdaşlarımız mütəmadi olaraq xarici ölkələrdə təkmilləşdirmə kurslarında iştirak edir, təcrübə mübadiləsi aparırlar. Hospitalımızın Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq müqaviləsi əsasında həkimlərimiz qarşılıqlı təcrübə mübadilələrində, təkmilləşdirmə kurslarında və təlimlərdə iştirak edirik.

1news.az

Paylaş:
686

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdirBu gün, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52
Bütün xəbərlər