Almeyda “Qarabağ”dan ayrılır | 1news.az | Xəbərlər
Futbol

Almeyda “Qarabağ”dan ayrılır

15:43 - 24 / 12 / 2019
Almeyda “Qarabağ”dan ayrılır

"Qarabağ"ın futbolçusu Riçard Almeyda bu qış Ağdam klubunu tərk edəcək.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, bu barədə millimizin üzvü sports.kz-ya müsahibəsində deyib: ""Qarabağ"dan ayrılıram".

O, müqavilə ilə məxsus olduğu "Astana"ya qayıdıb-qayıtmayacağı bağlı sualı isə belə cavablandırıb: "Biz "Astana" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub".

30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: "Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur".

Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi yanvarın 1-i başa çatır.

1news.az

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər