Milli parklara səfər edən turistlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli parklara səfər edən turistlərin sayı açıqlanıb

17:02 - 27 / 12 / 2019
Milli parklara səfər edən turistlərin sayı açıqlanıb

Bu il Azərbaycanın milli parklarına 104 min 276 turist səfər edib. Turistlərin 93 min 804-ü yerli, 10 min 472-si isə xarici vətəndaş olub. Ötən illə müqayisədə, bu il milli parklara gələn ziyarətçilərin sayında artım müşahidə edilib. Ötən il ziyarətçilərin sayı 79 min 997 olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib.

A.Səmədovanın sözlərinə görə milli parklara gələn turistlərin sayının artmasına səbəb, ilk növbədə, aparılan təbliğat işləri, eyni zamanda, bu ildən milli parklarda müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng kütləvi tədbirlərin təşkil olunmasıdır.

O qeyd edib ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının “Xidmətlər” bölməsinə daxil olub, istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.

1news.az

Paylaş:
626

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər