İrşad Electronics-də hədiyyəli aksiya olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

İrşad Electronics-də hədiyyəli aksiya olacaq

15:00 - 03 / 01 / 2020
İrşad Electronics-də hədiyyəli aksiya olacaq

Yanvarın 5-dən etibarən İrşad Electronics yenilənmiş Qəbələ mağazasını müştərilərinin istifadəsinə təqdim edəcək.

Fəaliyyətə başlayan yeni mağaza Qəbələ şəhəri, Həzi Aslanov 5 ünvanında yerləşir. Mağazanın rəsmi açılışı ilə əlaqədar olaraq Qəbələ mağazasını ziyarət edəcək müştərilər üçün hədiyyəli aksiya təşkil edilir.

Beləki, 5 yanvar tarixində Qəbələ mağazasında həm nağd, həm də hissə-hissə ödəmə şərti ilə 200 manat məbləğində alış-veriş edən müştərilər dəyəri 1000 manatadək olan 50 hədiyyədən birini əldə edə biləcəklər. Hədiyyələr sırasına mobil telefonlar, soyuducu, paltaryuyan, TV, soba, tozsovuran və s. kimi qiymətli avadanlıqlar daxildir. Hədiyyələrin sayı məhdud olduğu üçün qeyd edilən şərtlərə uyğun olan ilk 50 müştəri bu şansdan yararlana biləcək.      

Bundan əlavə 5 yanvardan 31 yanvaradək yeni Qəbələ mağazasının açılışı ilə əlaqədar olaraq müştərilər bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız 18 ayadək hissə-hissə ödəmə şərti ilə əldə edə bilərlər. Nağd alış zamanı müştərilərə 40%-dək endirimlər təqdim edilir.

İrşad Electronics 2019-cu ildən başlayaraq xidmət şəbəkəsini genişləndirməklə yanaşı mağazaların interyer dizaynlarını da müasir standartlara uyğun yeniləyir. Həyata keçirilən işlərin məqsədi müştərilərə göstərilən xidmət keyfiyyətinin səviyyəsini qaldırmaq və daha əlçatan olmaqdır. Hazırda, Azərbaycanda 30 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən İrşad Electronics müxtəlif markalı mobil telefonların, məişət avadanlıqlarının və elektronika mallarının topdan və pərakəndə satışını həyata keçirir. Şirkət Samsung, HONOR və Xiaomi kimi məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir.  

Reklam hüququnda

 

 

Paylaş:
1836

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər