AZAL və “Buta Airways” Tehran istiqamətində uçuş cədvəlini dəyişdirməyi planlaşdırmır – RƏSMİ | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL və “Buta Airways” Tehran istiqamətində uçuş cədvəlini dəyişdirməyi planlaşdırmır – RƏSMİ

13:50 - 08 / 01 / 2020
AZAL və “Buta Airways” Tehran istiqamətində uçuş cədvəlini dəyişdirməyi planlaşdırmır – RƏSMİ

Qış cədvəli çərçivəsində AZAL və “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik reyslər həyata keçirir.

Bu barədə 1news.az-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

“Hazırkı mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır”.

P.Kəsəmənski Azərbaycan təyyarələrinin İran üzərindən uçuşların dayandırıla biləcəyinə də aydınlıq gətirib. O bildirib ki, hər hansı bir dəyişiklik olduğu təqdirdə aviaşirkət rəsmi rabitə kanalları vasitəsilə cəmiyyəti məlumatlandıracaq.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası Amerika mülki təyyarələrinin İraq, İran əraziləri, Fars və Oman körfəzləri suları üzərindən uçmasına qadağa qoyub. Həmçinin, “Singapore Airlines” aviaşirkəti İranın ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirməsindən sonra təyyarələrinin İran üzərindən uçmasını qadağan edib. Aviaşirkətin bəyanatında deyilir ki, təyyarələrin İran hava məkanından yan keçməklə Avropaya və əksinə, Avropadan uçmasına dair qərar qəbul olunub.

XİN: İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Göyərtəsində 180 sərnişin olan təyyarə İranda qəzaya uğradı - VİDEO

S.Xankişiyeva

 

Paylaş:
1029

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər