Son 10 ildə idmandan ən çox pul qazanan 10 idmançı - SİYAHI | 1news.az | Xəbərlər
İdman

Son 10 ildə idmandan ən çox pul qazanan 10 idmançı - SİYAHI

15:16 - 08 / 01 / 2020
Son 10 ildə idmandan ən çox pul qazanan 10 idmançı - SİYAHI

"Forbes" dərgisi son 10 ilin ən varlı idmançılarının siyahısını açıqlayıb.

1news.az fanat.az-a istinadən xəbər verir ki, siyahıdakı 10 idmançının ümumi gəliri 6 milyard 140 milyon dollar olub.

Siyahının ilk pilləsində Floyd Meyvezer qərarlaşıb. Amerikalı boksçu son 10 ildə idmandan 915 milyon gəlir əldə edib.

Floyd Meyvezer son döyüşünü 2017-ci ilin avqustunda irlandiyalı MMA döyüşçüsü Konor Makqreqora qarşı keçirib. Bu döyüş dünya rekordu qırıb və Floyd Meyvezer təxminən 300 milyon dollar gəlir əldə edib.

  1. Floyd Meyvezer (Boks) - 915 milyon dollar
  2. Kriştiano Ronaldo (Futbol) - 800  milyon dollar
  3. Lionel Messi (Futbol) - 750 milyon dollar
  4. Lebron Ceyms (Basketbol) - 680  milyon dollar
  5. Rocer Federer (Tennis) - 640  milyon dollar
  6. Tiqer Vuds (Qolf) - 615 milyon dollar
  7. Pil Mikkleson (Qolf) - 480 milyon dollar
  8. Manni Paçquyao (Boks) - 435 milyon dollar
  9. Kevin Durant (Basketbol) - 425 milyon dollar
  10. Luis Hamilton (Formula 1) - 400 milyon dollar

1news.az

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər