Azərbaycan XİN Ukrayna və İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tehran yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq Ukrayna və İrana başsağlığı verib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə XİN-in rəsmi Twitter səhifəsində bildirilib.
“Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbəri böyük kədərlə eşitdik. Yaxınlarını itirmiş ailələrə başsağlığı veririk”, - deyə qeyd olunub.
Xatırladaq ki, göyərtəsində 176 (bəzi mənbələrə görə 180) nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb.
XİN: İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Göyərtəsində 180 sərnişin olan təyyarə İranda qəzaya uğradı - VİDEO
S.Xankişiyeva