İsveçrəli kosmonavtın adı “qara siyahı”dan çıxarılıb | 1news.az | Xəbərlər
Siyasət

İsveçrəli kosmonavtın adı “qara siyahı”dan çıxarılıb

12:12 - 09 / 01 / 2020
İsveçrəli kosmonavtın adı “qara siyahı”dan çıxarılıb

İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, məktubunda Klod Nikolye Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

S.Xankişiyeva

 

 

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər