“PlayStation 5”-in əsas texniki xüsusiyyətləri məlum olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PlayStation 5”-in əsas texniki xüsusiyyətləri məlum olub

16:00 - 10 / 01 / 2020
“PlayStation 5”-in əsas texniki xüsusiyyətləri məlum olub

"Sony" korporasiyasının oyun bölməsinin prezidenti Cim Rayan Las-Veqasda keçirilən "CES-2020" sərgisində təqdimat zamanı "PlayStation 5" oyun konsolunun əsas texniki xüsusiyyətlərini açıqlayıb.

1news.az ictnews.az-a istinadən bildirir ki, yeni nəsil oyun konsolu 3D səs üçün çip, yüksəksürətli SSD disk, şüaların istiqamətinin göstərilməsi dəstəyi və "Ultra HD Blu-Ray" disk qurğusu ilə təchiz ediləcək.

Həmçinin şirkət gələcək oyun konsolunun rəsmi loqosunu təqdim edib. Sözügedən oyun konsolu 2020-ci ilin sonunda satışa çıxarılacaq.

1news.az

Paylaş:
1367

Son xəbərlər

Bütün xəbərlər