“Moskva” univermağının sahibi vəfat etdi

“Moskva” univermağının sahibi Elmira Mədətova dünyasını dəyişib.
1news.az xəbər verir ki, mərhumun yaxınlarının məlumatına əsasən, Elmira xanım uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.
Xatırladaq ki, Elmira Mədətova uzun illər Bakının ən qədim ticarət obyektlərindən biri “Moskva” univermağına rəhbərlik edib.
1news.az redaksiyası mərhumun qohumlarına və yaxınlarına dərin hüznlər başsağlığı verir.
S.Xankişiyeva
1970