“Foxconn” elektromobil istehsalına başlayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Foxconn” elektromobil istehsalına başlayacaq

11:10 - 23 / 01 / 2020
“Foxconn” elektromobil istehsalına başlayacaq

Yarımkeçirici məhsulların istehsalı ilə məşğul olan ən böyük şirkətlərdən biri “Foxconn” Çin bazarı üçün elektromühərrikli avtomobillərin istehsalına hazır olduğunu elan edib.

Qeyd etmək lazımdır ki, “Apple” şirkətinin “iPhone” smartfonlarını məhz “Foxconn” şirkəti öz zavodlarında istehsal edir. Məlumatda qeyd edilib ki, elektromobillərin istehsalı sıfırdan başlamayacaq. Bu işdə “Foxconn”a avtomobil istehsalı sahəsində böyük təcrübəsi olan “Fiat Chrysler” konserni kömək edəcək. Bu barədə “The Verge” saytı xəbər verib.

1news.az technote.az-a istinadən bildirir ki, hər iki şirkət öz əsas diqqətlərini birgə elektromobil istehsalına yönəldəcək. Artıq rəsmi olaraq məlumat verilib ki, “Fiat Chrysler” konserni öz üzərinə elektromobillərin gövdə elementlərinin istehsalını və yığılmasını, Foxconn isə öz üzərinə elektronika elementlərinin və elektromobillərin proqram təminatlarının hazırlanmasını götürəcək. Qeyd etmək lazımdır ki, hər iki şirkət bu mövzu ətrafında bir neçə ay ərzində danışıqlar aparıblar. Hazırda iki şirkət arasında rəsmi müqavilə imzalanmayıb. Lakin bir sıra məlumatlara əsasən yaxın bir neçə gün ərzində müqavilə bağlanacaq.

“Jeep” və “Dodge” kimi brendlərin daxil olduqları “Fiat Chrysler” konserni elektromobillərin istehsal olunmasında olduqca maraqlıdır. Belə ki, o bu məsələdə digər şirkətlərdən geri qalır. Əhalənin elektronəqliyyat növünə keçid etməsi baxımından Çin bazarı ən dinamik şəkildə inkişaf edən bazarlardan biridir.

2019-cu ildə Çinin elektronəqliyyat bazarı 6% yüksəldi. Baxmayaraq ki, 2018-ci il ilə müqayisədə elektromobillərin satışları 8% aşağı düşmüşdü, bazar yenə də öz yüksəlişini sərgilədi. Analitiklər əmindirlər ki, növbəti 10 il ərzində Çinin elektromobil bazarı öz dövriyyəsi üzrə ABŞ və Avropa bazarlarını geridə qoyacaq.

1news.az

Paylaş:
1032

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər