Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz | 1news.az | Xəbərlər
Cəmiyyət

Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

18:14 - 31 / 01 / 2020
Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz

23 fevral tarixində “Startup Grind Baku Hub” tərəfindən bank sektorunda 12 il, marketinq və brendinq sektorunda isə 15 ildən çox rəhbərlik təcrübəsi olan David Birman ilə «Qafqazda startap təcrübəsi: Ailənizdən necə dəstək ala bilərsiniz» adlı “fireside chat” formatlı görüş keçiriləcək.

“Youth Inc.” Sahibkarlıq Proqramı, İnnovasiylar Agentliyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutacaq tədbirdə David Birman startaplarla öz zəngin təcrübəsini və marağlı hekayələrini paylaşmaqla yanaşı, Qafqazda startapların keçdiyi həyat reallıqları haqqında geniş məlumat verəcək. Bir çox startap sahibkarlığa başlayan zaman ailə və tanışlarından maliyyə dəstəyi əldə etməyi investisiyaların təşviqi üçün ən asan mənbə kimi görür. Müraciət olunacaq bankların olmaması bəhanəsi ilə ailə və yaxınları inandırıb startapa başlamaq üçün lazım olan maliyyə dəstəyini onlardan almaq çox yaxşı ideya kimi görünür. Lakin yanlış aparılan kommunikasiya və anlaşılmazlıqlar mütləq şəkildə mübahisələrə, münasibətlərin pozulmasına, hətta pul iktisi və məhkəmə proseslərinə çata biləcək hallar yaranır. Spiker görüşdə bu kimi halların yaşanmaması üçün məsləhət və üsullardan bəhs edəcək. Bundan əlavə, David Birman görüşdə banklar ilə münasibətlər, hüquqi və şəxsi biznes münasibətləri və başqa sahələrdə topladığı təcrübəsini də bölüşəcək.

Rus dilində baş tutacaq tədbirdə iştirak etmək üçün 22 fevrala qədər https://bit.ly/SGBseic vasitəsi ilə bilet əldə etmək mümkündür.

David Birman “Yelo Bank”-da Rəqəmsal bankçılıq, Brendin idarəedilməsi və Müştəri təcrübəsi üzrə Baş direktor olaraq fəaliyyət göstərmişdir. Həmçinin o, Avropa İdarəetmə Məktəbinin Biznes Idarəçiliyi üzrə bakalavr dərəcəsi və Nielsen Norman Group-dan UX idarəetmə və qarşılıqlı əlaqələrin layihələşdirilməsi üzrə magistr dərəcəsi almışdır.

Qeyd edək ki, "Startup Grind” hərakatı 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən, ruhlandıran və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Google for Startups”-ın əsas tərəfdaşlığı vasitəsilə 125-dən artıq ölkədə startap ekosistemlərinin yetişdirilməsinə yardım edir. “Startup Grind” hərəkatının əsas istiqaməti uğurlu şirkət qurucularının, novator və təlimçilərin, böyük şirkətlərin yaradılması yolunda təcrübəsini bölüşən investorların iştirak etdiyi aylıq tədbirlərdir. Silikon Vadisində yaradılan “Startup Grind” milyonlarla sahibkara öz işini qurmaqda, strateji tərəfdaşlarla əlaqə yaratmaqda və maliyyələşmədə kömək edir. “Startup Grind Baku Hub”-ın əsas tərəfdaşları “Youth Inc.” Sahibkarlıq Proqramı, İnnovasiyalar Agentliyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir.

Paylaş:
4449

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər