Magistratura üzrə yeni ixtisaslar yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistratura üzrə yeni ixtisaslar yaradılıb

10:02 - 31 / 01 / 2020
Magistratura üzrə yeni ixtisaslar yaradılıb

Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişiklik edib.

1news.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən ali təhsilin magistratura səviyyəsində "Təbiət ixtisasları qrupu" bölməsinə yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət, "Texniki və texnoloji ixtisaslar qrupu" bölməsinə Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsinə Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları əlavə edilib.

1news.az

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər