Uxandan təxliyə: Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu təyyarə Türkiyəyə endi | 1news.az | Xəbərlər
Cəmiyyət

Uxandan təxliyə: Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu təyyarə Türkiyəyə endi

10:27 - 31 / 01 / 2020
Uxandan təxliyə: Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu təyyarə Türkiyəyə endi

Türkiyə Səhiyyə Nazirliyinin “Koca Yusuf” adlı xüsusi əməliyyatla vətəndaşlarını Uxandan təxliyə etmək üçün ayırdığı Airbus A-400M hərbi nəqliyyat təyyarəsi Kayseri vilayətindəki hərbi hava limanına endi.

Anadolu-nun verdiyi xəbərə görə, koronavirus epidemiyası ilə əlaqədar olaraq 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və bir Albaniya vətəndaşı Uxan şəhərindən çıxarılıb.

Göyərtəsində altı həkim olan bir təyyarə yanvarın 30-da  Ankaradan Uxana uçub. Tibbi müayinədən sonra Türkiyəyə gətirilən insanlar iki həftə müddətində Türkiyədəki xəstəxanaların xüsusi şöbələrində karantində olacaqlar.

Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni bir növ koronavirusun -  2019-nCoV-nin səbəb olduğu pnevmoniya xəstəliyi dekabrın sonlarında yayılmağa başlayıb. Az sonra virus Honq Konq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Almaniya, Finlandiya kimi ölkələrə də yayıldı.

1news.az

Paylaş:
1198

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər