Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib – FOTO

14:14 - 04 / 02 / 2020
Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə,Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlətimizin başçısına məruzə etdi. O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışdı və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd etdi.

Prezident İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə Vasif Talıbovu təbrik etdi. Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq, prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirdi.

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vasif Talıbov 60 illik yubileyi münasibətilə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün Prezident İlham Əliyev “Şərəf” ordenini Vasif Talıbova təqdim etdi.

Vasif Talıbov onun fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

S.Xankişiyeva

Paylaş:
642

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər